Türkiyə prezidentinin köməkçisinin tədbirdə çıxış edərkən halı pisləşdi – VİDEObackend

Türkiyə prezidentinin köməkçisinin tədbirdə çıxış edərkən halı pisləşdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidentinin köməkçisi Fuat Oktay “Kiber Təhlükəsizlik Həftəsi” münasibətilə təşkil edilən proqramda çıxışı zamanı narahatlaşıb.

“Haber Global” xəbər verir ki, çıxışının axırına yaxın kürsüdə halı pisləşən F.Oktaya həkimlər ilk müdaxiləni ediblər.

Bir müddət dincələn Oktay yenidən səhnəyə çıxıb.

O qeyd edib ki, narahatlığına səbəb yuxusuzluq və yorğunluq olub.

Ankara Universitetinin rektoru Necdet Ünüvar bildirib ki, onun təzyiqi aşağı düşüb, başqa problem yoxdur.