Türkiyə hərbi məhsulların ixracında yeni rekorda imza atıb.
Editor.az bildirir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə təkcə 2024-cü ilin ilk iki ayında müdafiə və aerokosmik sektorda 633 milyon dollar dəyərində məhsul ixrac edib, 770 PUA-nın tədarükü üçün 50 ölkə ilə müqavilə bağlayıb.
Ötən 2023-cü ildə ölkə 1,8 milyard dollar dəyərində İHA ixrac edib. Bütün bunlar Türkiyə iqtisadiyyatına müsbət təsir göstərib. Təkcə 2024-cü ilin ilk 2 ayında onun balans kəsiri 13 milyard dollardan çox azalıb, – Ərdoğan əlavə edib.
//Samir Qurbanov, Editor.az

