Türkiyə qarşı yeni cəbhə açıldı: Səudiyyə Ərəbistanı savaş təyyarələrini göndərir – FOTOLARbackend

Türkiyə qarşı yeni cəbhə açıldı: Səudiyyə Ərəbistanı savaş təyyarələrini göndərir – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yunanıstan mediası, Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın əmriylə “F-15” reaktivlərinin Türkiyəyə göz dağı vermək üçün Giritdəki Suda bazasına enəcəyini yazır. Xəbərlərdə, “F-15” savaş təyyarələrinin yunan pilotlar tərəfindən idarə ediləcəyi ifadə edilir.
Fransa, Misir, Birləşmiş Ərəb Əmrlikləri, ABŞ, İsrail və son olaraq Səudiyyə Ərəbistanı da Türkiyəyə qarşı 2021-ci ilə Şərqi Aralıq dənizidə fırtına kimi  başladı.
Getdikcə küncə sıxışan Yunanıstan və Cənubi Kipr, ötən yay mövsümü boyunca Türkiyəyə qarşı olan müttəfiqləriylə birlikdə dənizdə manevrlərə başlayıb.
Dəniz və hava manevrlərində önə çıxan baza isə, Yunanıstanın ən böyük adası Giritdəki Suda oldu. Yunanıstana dəstək üçün Suda bazasına ilk olaraq Fransanın “Rafale” reaktivləri enib.
Daha sonra Liviyadan Suriyaya –  hər sahədə Türkiyənin qarşısında əngəl olan Birləşmiş Ərəb Əmrlikləri Girit adasına doqquz savaş təyyarəsi göndərib. Birləşmiş Ərəb Əmrliklərinə aid “F-16”lar Yunanıstan hava qüvvələriylə birlikdə manevrlər  edib.
Şərqi Aralıq dənizidə açıq şəkildə Yunanıstana dəstək verən ABŞ isə Xarici işlər naziri Mike Pompeonun Suda bazasını ziyarət etməsi ilə mövqeyini bildirmiş olub.
Böyük bir silahlanma yarışına girən Afina rəhbərliyi, 2020-ci il bitmədən Fransa ilə 18 “Rafale” reaktivinin alması üçün anlaşma imzaladı, ABŞ-dan “F-35” savaş təyyarələri istədi. İsraildən alınacaq dronların Egey dənizinin ortasındakı İskiri adasında yerləşdiriləcəyini elan etdi.
İlk “Rafale” reaktivlərinin bu ay təslim edilməsi gözlənilir. Görünən odur ki, Şərq Aralıq dənizidə yeni bir cəbhə açılıb. Yunan mediası, Səudiyyə Ərəbistanının Giritdəki Suda bazasına Türkiyəyə qarşı “F-15” savaş təyyarələri göndərməyə hazırlaşdığını yazıb.
“Newpost” qəzetində yer alan xəbərə görə, Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın  əmriylə Giritə enəcək “F-15” reaktivləri yunan savaş təyyarələriylə birlikdə Şərq Aralıq dənizidə manevr edəcək.
ABŞ və Yaponiyadan sonra dünyada ən böyük “F-15”lərə sahib Səudiyyə Ərəbistanının göndərəcəyi reaktivlərin yunan pilotlar tərəfindən idarə ediləcəyi yayılan xəbərlərin detalları arasındadır.
\\sherg.az
Loading...