Türkiyə Qərbə xəbərdarlıq etdibackend

Türkiyə Qərbə xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə NATO-nun Ukraynadakı müharibədə “iştirakına” qarşıdır, çünki bu, münaqişənin regional genişlənməsinə və daha da böyük böhranlara səbəb ola bilər.

Editor.az bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Praqada Şimali Atlantika Alyansının diplomatiya rəhbərlərinin qeyri-rəsmi görüşündən sonra deyib.

Onun sözlərinə görə, Ankara üçün Ukraynanın ərazi bütövlüyünün təmin edilməsində və ərazilərin azad edilməsində dəstək vermək bir şeydir, lakin NATO-nun müharibədə iştirakı tamam başqa bir şeydir: “Biz Ukraynaya davamlı yardımı və Ukraynanın çəkindirmə qabiliyyətini dəstəkləyirik, lakin NATO-nun bu müharibədə iştirakını istəmirik”, – Fidan deyib.

//Samir Qurbanov, Editor.az