Türkiyə hələ ki, Qərbin Ukrayna ilə bağlı Rusiya ilə sülh danışıqlarına hazır olduğunu görə bilmir və buna görə də vəziyyətin çıxılmaz olduğunu hesab edir.
Editor.az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyədəki diplomatik mənbəyə istinadən xəbər verir. “Təəssüf ki, biz Qərb tərəfdaşlarının həll yoluna hazır olduğunu hələ görə bilmirik. Mövcud vəziyyət dalana çevrilmək təhlükəsi yaradır. Prezidentimiz dəfələrlə bəyan edib ki, sülh prosesində uduzan olmayacaq. Biz münaqişənin həll olunacağı ümidi ilə vasitəçilik səylərimizi davam etdiririk”, – mənbə bildirib.
Ankara hesab edir ki, İstanbul prosesi çərçivəsində danışıqların bərpası atəşin dayandırılmasına kömək edəcək, lakin hazırda münaqişə tərəflərindən heç biri buna hazır deyil.
//Gülnarə Abasova, Editor.az

