“Türkiye” qəzeti: “Abdullahian İbrahim Rəisi ilə eyni helikopterdə uçmamalı idi”backend

“Türkiye” qəzeti: “Abdullahian İbrahim Rəisi ilə eyni helikopterdə uçmamalı idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkə Prezidenti İbrahim Rəisi ilə eyni helikopterdə uçmamalı idi”.

Bu barədə “Türkiye” qəzeti İranın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən yazıb.

Yazıda bildirilib ki, həmçinin qəzaya uğrayan helikopterdə Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və İranın ali dini liderinin Təbriz üzrə nümayəndəsi Məhəmmədəli Al-Haşimin də uçuşu planlaşdırılmayıbmış. Onların hamısı son anda bir helikopterə mindirilib.

“İran təhlükəsizlik xidmətindəki mənbənin qəzetimizə verdiyi məlumata görə, İran prezidentinin olduğu helikopter uçuşdan az əvvəl ekipaj və sərnişinlərin təsnifat məlumatlarını paylaşıb. İran xarici işlər naziri Abdullahian və Təbriz valisi Malik Rəhmətinin iki nömrəli helikopterdə birlikdə səfər etməsi planlaşdırılırdı. Son anda İranın ali dini liderinin Təbriz üzrə nümayəndəsi Məhəmmədəli Al-Haşim və İnqilab Keşikçiləri Korpusunun generalı helikopterə mindirilib”, – deyə yazıda qeyd edilib.

Oxu.az