Türkiyə qoşunları Suriyadan çıxacaq?backend

Türkiyə qoşunları Suriyadan çıxacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Rusiya, Suriya, Türkiyə və İran müdafiə nazirlərinin başçıları arasında keçirilən danışıqlarda Türkiyə qoşunlarının Suriya ərazilərindən çıxarılması məsələsi müzakirə olunub.

Editor.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb: “Danışıqlarda iştirak edənlər Türkiyə qoşunlarının Suriya ərazisindən çıxarılması məsələsinə baxıblar. M-4 beynəlxalq avtomobil yolu ilə hərəkətlə bağlı xüsusi razılaşmanın həyata keçirilməsi də müzakirə edilib”, – Suriya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, danışıqlar zamanı nazirlər Suriyanın ərazi bütövlüyünü qorumaq və qaçqınların bu ölkəyə qaytarılması üzrə işləri gücləndirmək istəklərini təsdiqləyiblər. Terror təhdidlərinə və ekstremist qruplara qarşı mübarizə məsələsi də müzakirə olunub.

  //Samir Qurbanov,Editor.az