Türkiyə Respublikası ilə diplomatik əlaqələr qurmağın vaxtı çatıb – Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəribackend

Türkiyə Respublikası ilə diplomatik əlaqələr qurmağın vaxtı çatıb – Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri bəyan edib ki, Türkiyə Respublikası ilə diplomatik əlaqələr qurmağın vaxtı çatıb.

Bundan əlavə, o, üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün ümumi sərhədin açılmasına tərəfdar olduğunu bildirib: “Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır.

Türkiyə ilə münasibətlərin mərhələli şəkildə tənzimlənməsi, üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olanlar üçün sərhədlərin açılması ilə bağlı razılaşmalarımız var”, – xarici işlər naziri Ararat Mirzoyan deyib. Nazir “yerlərdə” əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinin vaxtının çatdığını vurğulayıb. Ölkələr arasında diplomatik münasibətlərin qurulması regionda sabitliyə doğru mühüm addım olacaq. Bundan əlavə, iki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət, mədəni mübadilə və turizmi təşviq edir.

//Samir Qurbanov, Editor.az