Türkiyənin dövlət bankı “Ziraat” artıq rublla hesab açmır. Müvafiq məlumatı bankın özü də təsdiqləyib, lakin bu qərarın səbəblərini açıqlamayıblar.
Problem Türkiyədə rusiyalı sahibkarlara təsir edib. Artıq rubl hesabı olanlar pul ala bilsələr də, bu vəsaitlər gücləndirilmiş nəzarət altında əvvəlcə lirəyə çevriləcək.
Bundan əlavə, pul almaq üçün yerli milli valyutada əlavə hesab olmalıdır.
//Samir Qurbanov, Editor.az