Türkiyə, Rumıniya və Bolqarıstan müqavilə imzaladıbackend

Türkiyə, Rumıniya və Bolqarıstan müqavilə imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya və Türkiyənin müdafiə nazirləri, həmçinin Bolqarıstan müdafiə nazirinin müavinləri – Angel Tilvar, Yaşar Gülər və Atanas Zapryanov Qara dənizdəki ərazi sularında minalardan təmizləmə qrupunun yaradılması haqqında saziş imzalayıblar.

Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər verir. Agentlik müqavilənin təfərrüatlarını açıqlamır. Dünən, yanvarın 11-də Bolqarıstanın Müdafiə Nazirliyi bildirib ki, saziş minalardan təmizləmə əməliyyatlarına nəzarət edəcək “MCM Qara dəniz dəniz qrupu”nun yaradılmasını nəzərdə tutur.

Departament qeyd edib ki, saziş onun iştirakçılarının “qarşılıqlı fəaliyyətini və mehriban qonşuluq münasibətlərini yaxşılaşdırmaq” məqsədi daşıyır. Bundan əlavə, Bolqarıstan Müdafiə Nazirliyi bəyan edib ki, MCM Qara dənizin yaradılması NATO-nun mövcudluğunu əvəz etmək üçün nəzərdə tutulmayıb.

Qara dənizdə mina əleyhinə hərbi dəniz qrupunun yaradılması ideyası 2023-cü ilin avqustunda Türkiyə tərəfindən irəli sürülüb. Onun məqsədi Ukraynadakı hərbi əməliyyatlar fonunda dəniz yollarının təhlükəsizliyini təmin etmək və mina təhlükəsinə qarşı çıxmaqdır.

//Samir Qurbanov, Editor.az