Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi: ” Ermənistan 258 dəfə atəşkəsi pozub”backend

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi: ” Ermənistan 258 dəfə atəşkəsi pozub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi iki il ərzində Ermənistan tərəfindən 258 dəfə atəşkəsin pozulduğunu müəyyən edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Qarabağda atəşkəs rejiminin icrasına nəzarət və monitorinq etmək məqsədilə 30 yanvar 2021-ci il tarixindən fəaliyyətə başlayan Mərkəzin fəaliyyəti Türkiyə və Rusiya nümayəndə heyətləri tərəfindən hazırlanmış vəzifə və öhdəliklər haqqında əsasnaməyə uyğun olaraq davam edir.

Bölgədə sülh və əmin-amanlığın bərqərar olması istiqamətində fəaliyyət göstərən Mərkəz öz kəşfiyyat və müşahidə avadanlığı, o cümlədən PUA-ları ilə pozuntuları müəyyən edir və hər iki tərəfdən gələn bildirişlərini izləyir.

//Safura Bənnayeva, Editor.az