Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri lazım gələrsə istifadə edilə bilər.
Editor.az bildirir ki, bu barədə Türkiyə müdafiə nazirinin bəyanatında deyilir. Nazir Yaşar Gülərin sözlərinə görə, bu zenit-raket kompleksləri boş yerə alınmayıb. CNN Türk xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbəri izah edib ki, belə bir ehtiyac yaranarsa, bu silahlardan istifadə ediləcək. Xatırladaq ki, Rusiya tərəfindən Türkiyəyə 4 S-400 diviziyasının tədarükü ilə bağlı müqavilə 2019-cu ilin payızında tamamlanıb. Onun qiyməti 2,5 milyard dollardır. 2022-ci ilin avqustunda S-400 hava hücumundan müdafiə sisteminin ikinci alayının Türkiyəyə satışı ilə bağlı müqavilənin bağlandığı məlum olub. Müqavilə bəzi komponentlərin istehsalının lokallaşdırılmasını da nəzərdə tutur.
Samir Qurbanov