Türkiyə Rusiya və ABŞ arasında yüksək səviyyəli görüşə ev sahibliyi etməyə hazırdırbackend

Türkiyə Rusiya və ABŞ arasında yüksək səviyyəli görüşə ev sahibliyi etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisindən verilən məlumata görə, Türkiyə Rusiya və ABŞ arasında yüksək səviyyəli görüşə ev sahibliyi etməyə hazırdır.

Bununla belə, ofis qeyd edib ki, Rusiya və ya ABŞ-dan hələlik belə bir təklif almayıb: “Hələ belə müraciətlər almamışıq, lakin tərəflər arzu edərsə, danışıqları belə səviyyədə aparmağa hazır olduğumuzu yüksək səviyyədə ifadə etmişik”, – Türkiyə Prezident Administrasiyasının nümayəndəsi bildirib.

Qeyd edək ki, ötən həftə Rusiya və ABŞ prezidentlərinin Budapeştdə görüşmək niyyətində olduqları açıqlanıb. Hazırda danışıqların tarixi dəqiqləşdirilir.

//Samir Qurbanov, Editor.az