Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün yenidən platforma təqdim etməyə hazırdır – Rəcəb Tayyib Ərdoğanbackend

Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün yenidən platforma təqdim etməyə hazırdır – Rəcəb Tayyib Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə yenidən Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

“Ukraynada sülh təşəbbüslərinin uğuru üçün zəruri şərt hər iki tərəfin danışıqlarda iştirakıdır. Biz əvvəllər İstanbulda keçirilən danışıqlar masasını yenidən təqdim etməyə hazırıq”, – deyə o, Albaniyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitinin iştirakçılarına “Hürriyet” qəzetinin yaydığı videomüraciətdə bildirib. Ərdoğan həmçinin vurğulayıb ki, Ankara Ukrayna lideri Vladimir Zelenskinin təklif etdiyi sülh planını “köklü şəkildə dəstəkləyir”.

“Diplomatiya və dialoqa ədalətli və davamlı sülh əldə etməklə müharibəni bitirmək şansı verilməlidir. Hesab edirəm ki, heç olmasa sülhün ümumi parametrlərini müəyyən etmək üçün birgə səylərə başlamaq lazımdır”.

//Samir Qurbanov, Editor.az