Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında danışıqlar üçün türk platformasını təqdim etməyə hazırdır.
O, bunu ukraynalı həmkarı ilə Ankarada görüşündən sonra deyib. “Ərdoğan Zelenskiyə deyib ki, iki ölkənin liderləri hazır olduqda onları qəbul etməkdən şad olacaq”, – Türkiyə liderinin ofisindən bildirilib.
Qeyd edək ki, Türkiyə və Ukrayna liderləri arasında danışıqlar cümə axşamı Ankarada baş tutub. Onlar 2 saat 40 dəqiqə davam edib. Vladimir Zelenski türkiyəli həmkarı ilə danışdıqdan sonra İstanbula uçmayacağını, Rusiya ilə danışıqlarda Ukraynanı təmsil etmək üçün oraya nümayəndə heyəti göndərəcəyini bildirib.
//Samir Qurbanov, Editor.az