Türkiyə aprel ayında Rusiya neft məhsullarının ixracını minimuma endirib.
Tədarüklər dörddə bir qədər azalaraq son 2,5 ildə minimuma çatıb.
Editor.az xəbər verir ki, bu barədə Türkiyənin statistika xidməti bildirir. Ümumilikdə, apreldə Rusiyadan Türkiyəyə neft idxalı illik müqayisədə 1/4, mart ayı ilə müqayisədə isə 11% azalaraq, pul ifadəsində 735,7 milyon dollar təşkil edib.
Neft məhsullarının idxalı da ilin əvvəlindən nəzərəçarpacaq dərəcədə azalıb – 14,5% və ya 3,3 milyard dollar. Keçən il ərzində bu rəqəm 11,5 milyard dollar təşkil edib. Buna baxmayaraq, Rusiya neft məhsullarına tələbat qalır – xüsusilə qazoylları, təyyarə yanacağı, yüngül neft məhsulları və sürtkü yağları və Rusiya onların Türkiyə üçün əsas təchizatçısıdır.
//Samir Qurbanov, Editor.az