Türkiyə Rusiyanı “Krokus”dan sonra ikinci terrordan qurtarıbbackend

Türkiyə Rusiyanı “Krokus”dan sonra ikinci terrordan qurtarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xüsusi xidmət orqanları rusiyalı həmkarlarına xəbərdarlıq edib və Moskvada “Crocus City Hall” ticarət mərkəzinə hücumdan sonra ikinci terror aktının qarşısını almağa kömək edib.

“Report” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

“Konsert zalına ilk hücumdan sonra terror qruplaşması ikinci terror aktını planlaşdırmışdı. İzdihamlı ticarət mərkəzinə hücum edəcəkdilər. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə quraraq ikinci böyük terror aktının qarşısını aldı”, – qəzetin köşə yazarı Hande Fırat yazıb.

Nəşrin məlumatına görə, terror aktı İŞİD terror təşkilatı ilə əlaqəli olan “Vilayət Xorasan” qruplaşmasının yaraqlıları tərəfindən hazırlanıb.

Qeyd edilir ki, Türkiyə xüsusi xidmət orqanları yanvarın sonunda İstanbuldakı Müqəddəs Məryəm katolik kilsəsinə hücumda iştirak edən “Vilayət Xorasan” təşkilatının yerli özəyinin fəaliyyətini uzun müddət izləyib. Xüsusi xidmət orqanları bir sıra şəxsləri dindirib, sonra Rusiya tərəfi ilə əlaqə saxlayıblar.