Türkiyə Rusiyanı razı sala bilmədi – Taxıl limanda qaldıbackend

Türkiyə Rusiyanı razı sala bilmədi – Taxıl limanda qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Rusiya və Ukraynanı Qara dəniz vasitəsilə taxıl daşınmasını həyata keçirmək üçün razı sala bilməyib.

Rusiya Ukrayna taxılının daşınması üçün ağır şərlər irəli sürüb ki, bu da Kiyevi razı salmayıb.

Ukrayna XİN-in yaydığı məlumata görə, taxıl məhsullarının Qara dənizdə gəmilərlə daşınması üçün təhlükəsizlik zəmanəti lazımdır.

“Bu yaxınlarda Rusiyanın Nikolayevdəki taxıl anbarına raket zərbəsi endirdi. Limanlarımızı müdafiə etmək üçün bizə müvafiq silahlar verilməlidir. Qara dənizin müvafiq hissəsi üçüncü ölkələrin donanması tərəfindən qorunmalıdır. Biz Türkiyənin Ukrayna limanlarının açılmasına yönəlmiş səylərini yüksək qiymətləndiririk. Amma bu günə qədər Rusiya təhlükəsizlik zəmanətinə söz verməyib”, deyə Ukrayna XİN-in bəyanatında qeyd olunur.

Rusiya tərəfi isə Ukraynanın limanları minalardan təmizləyəcəyi təqdirdə taxılın tədarükünə icazə veriləcəyini bəyan edib.

Teleqraf.com