Türkiyə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərindən imtina edə bilərbackend

Türkiyə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərindən imtina edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara özünün “Siper” raketdən müdafiə sistemini yaratmaq üzərində işləyir.

“Türkiyənin öz ərazisini müdafiə etmək üçün Rusiyanın “S-400″ zenit- raket komplekslərinə ehtiyacı olmaya bilər, çünki öz silahları getdikcə bu rolu öz üzərinə götürür”.

Editor.az Bloomberg-ə istinadla xəbər verir ki, bunu Türkiyənin “Aselsan” müdafiə şirkətinin sədri Haluk Görgün bildirib. Onun sözlərinə görə, Türkiyə sınaqlar zamanı 100 kilometr məsafədəki hədəfləri vuran özünün “Siper” hava hücumundan müdafiə sistemini yaratmağa çalışır. Görgün, “Havadan müdafiə sistemləri qururuq. Bizim artıq “S-300″lərə, “S-400″ lərə ehtiyacımız yoxdur”,-deyə sözlərinə davam edib.

Aselsan pilotsuz uçuş aparatlarından tutmuş döyüş təyyarələri və döyüş gəmilərinə qədər Türkiyənin iddialı layihələrinin əksəriyyətində iştirak edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daxili hərbi gücün dəstəklədiyi getdikcə daha iddialı xarici siyasət yürütməyi hədəfləyir.

Qeyd edək ki, Ankara illərdir ki, Qərb tərəfdaşlarından müdafiə sistemləri ala bilmədiyindən şikayətlənir. Buraya tank mühərrikləri, döyüş təyyarələri, pilotsuz təyyarələr və helikopterlər, həmçinin raketdən müdafiə sistemləri daxildir.

//Gülnarə Abasova, Editor.az