İlin birinci yarısında Türkiyə mallarının Rusiyaya ixracı 28,3 faiz azalaraq 4,16 milyard dollar olub.
Editor.az bu barədə Türkiyə Statistika Qurumunun məlumatlarına istinadla xəbər verir. Müqayisə üçün: 2023-cü ilin ilk altı ayında Türkiyə Rusiya bazarına 5,8 milyard dollar dəyərində mal tədarük edib. Türkiyənin Rusiya Federasiyasına ixracı iyun ayında da azalmağa davam edib. Beləliklə, may ayında 784 milyon dollar olduğu halda, ötən ayın sonunda 670 milyon dollara çatıb. Ölkələr arasında ticarət dövriyyəsinin azalmasının əsas səbəbi sanksiyalardır. Türk tədarükçülər bank hesablarının müntəzəm olaraq bloklanması və Qərbdən gələn təhdidlər səbəbindən Rusiya ilə ticarətin kabusa çevrildiyini bildirir.
//Gülnarə Abasova, Editor.az

