Qara dənizdə, Türkiyə boğazlarına yaxın ərazilərdə Rusiya “gizli donanmasına” aid olduğu bildirilen iki tanker yanır.
Onlardan birinin, ehtimal ki, minalara dəyərək partladığı bildirilir.
Rusiya mətbuatı *“İzvestiya”*ya istinadla xəbər verir ki, Türkiyənin Dəniz İşləri Baş İdarəsindən verilən məlumata görə, Kairos tankerində partlayış baş verib və nəticədə güclü yanğın başlayıb. Hazırda yanğının söndürülməsi və vəziyyətin nəzarət altına alınması istiqamətində tədbirlər görülür.
Türkiyə rəsmiləri partlayışın dəqiq səbəbini hələ müəyyən edə bilmədiklərini açıqlayıblar. Yanğının ətraf mühitə təsiri və digər tankerlərə təhlükə ilə bağlı araşdırmalar davam edir.
//Samir Qurbanov, Editor.az

