Türkiyə sanksiyaya məruz qalan Rusiya mallarının keçidinə qadağa qoydubackend

Türkiyə sanksiyaya məruz qalan Rusiya mallarının keçidinə qadağa qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı baş diplomatın (Entoni Blinkenin) Ankaraya səfərindən sonra Türkiyə gömrüyü birdən-birə sanksiyalardan yayınmağın qanunsuz olduğunu xatırladıb.

Belə ki, Türkiyə gömrüyü heç bir xəbərdarlıq etmədən Rusiyada tədarükü “paralel idxal” adlandırılan dəqiq sanksiyaya məruz qalan malların rəsmiləşdirilməsini əngəlləməyə başlayıb.

Editor.az bildirir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb. Məlumatda deyilir: “Dünən gecə biz məktublar almağa başladıq ki, Türkiyə gömrük sistemi qeyri-türk mənşəli malların tranzit rəsmiləşdirilməsinə mane olur. Bu gün səhər onlar bunu yenidən sənədləşdirməyə cəhd etdilər, lakin sistem bir daha hər şeyi əngəllədi”, – həmsöhbətlərdən biri bildirib.

“Transasia Logistics”in kommersiya direktoru Valeriya Savenkovanın sözlərinə görə, Türkiyədən heç bir rəsmi izahat olmayacaq, çünki Ankara Rusiyaya sanksiyalardan yan keçməyə kömək etdiyini etiraf etmiş olacaq.

Bəzi ekspertlərin fikrincə, sanksiya tətbiq edilən malların tranzitinin dayandırılması birbaşa ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə son səfəri ilə bağlıdır.

//Samir Qurbanov,Editor.az