Türkiyə seçim qarşısında – Ukrayna Ankardan elə bir xahiş etdi ki…backend

Türkiyə seçim qarşısında – Ukrayna Ankardan elə bir xahiş etdi ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Türkiyədən Berdyanskdan Ukrayna taxılını daşıdığı iddia edilən Rusiya bayraqlı yük gəmisini saxlamağı xahiş edib.

Bu barədə “ Reuters ” Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Ukrayna Türkiyədən Rusiyanın işğalı altında olan Berdyansk limanından Rusiya bayrağı altında Ukrayna taxılını daşıyan “Jibek Zholı” yük gəmisinin saxlanılmasını və həbs edilməsini istəyib”, – deyə məlumatda bildirilir.

Agentlik Ukrayna Baş Prokurorluğunun Türkiyənin Ədliyyə Nazirliyinə 30 iyun tarixli məktubuna istinad edir. Həmin məktubda gəminin “Ukrayna taxılının qeyri-qanuni ixracı”nda iştirak etdiyi və 7 min ton yüklə Türkiyənin Karasu şəhərinə istiqamət aldığı iddia edilir.

Teleqraf.com