Türkiyə seçkilərə start verdi: Prezident olmaq istəyənlər…backend

Türkiyə seçkilərə start verdi: Prezident olmaq istəyənlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən Türkiyədə mayın 14-də keçiriləcək parlament və prezident seçkiləri ilə bağlı prosesə start verilir. 

 

Editor.az “Haber Global”a istinadla xəbər verir ki, bu gün ölkə xaricindəki seçki məntəqələri müəyyən ediləcək.

Prezidentliyə namizədlik üçün ərizələrin qəbulu martın 19-dan başlayacaq. Partiyalar martın 23-dək prezident postuna namizəd irəli sürə bilərlər. Seçicilər tərəfindən namizəd irəli sürmək üçün 100.000 imza lazımdır. İmzalar martın 22-27-də dairə seçki komissiyalarında toplanacaq.

Prezidentliyə namizədlərin yekun siyahısı martın 31-də Rəsmi Qəzetdə dərc olunacaq və bundan sonra təbliğat-təşviqat kampaniyası başlayacaq.

Siyasi partiyalar martın 24-dək ittifaq protokollarını təqdim etməlidir. Deputatlığa namizədlərin yekun siyahısı isə aprelin 19-da açıqlanacaq.