Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdibackend

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Bakıdakı səfirliyi Gədəbəy rayonunda Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Editor.az  xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib.

“Gədəbəydə 19 mart tarixində qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün kədərlə öyrəndik. Baş verən acı hadisə nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Əziz Azərbaycan xalqına başsağlığı veririk”, – paylaşımda bildirliir.