Türkiyə səfirliyi Kiyevdə fəaliyyətini yenidən bərpa edib.
Editor.az xəbər verir ki, bu barədə səfirlik sosial media hesabında paylaşım edib.
“Fəaliyyətimizi müvəqqəti olaraq təxliyyə işləri üçün logistik mərkəzimizə çevrilən Çernivtsi şəhərinə köçürtmüşdük. Lakin bu gündən Kiyevə, evimizə geri qayıtdıq. Sabahdan etibarən isə konsulluq xidmətləri də daxil olmaqla fəaliyyətimizi Panasa Mirnoho 22 ünvanındakı binamızdan həyata keçirməyə davam edəcəyik”,- paylaşımda deyilir.
//Gülnarə Abasova, Editor.az

