Türkiyə Silahlı Qüvvələri Qəzza zolağına yerləşdirilə bilərbackend

Türkiyə Silahlı Qüvvələri Qəzza zolağına yerləşdirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin Qəzza missiyasında mümkün iştirakı ilə bağlı suala Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cavab verib ki, hazırda “əməliyyat qrupu”nun funksiyaları müzakirə olunur.

Ərdoğan digər məsələlərlə yanaşı, Türkiyə Silahlı Qüvvələrinin də Yaxın Şərqdəki missiyalara cəlb edilməsinin mümkünlüyünü də vurğulayıb: “Hazırda əməliyyat qrupunun strukturu qiymətləndirilir. Qəzzada kritik əhəmiyyətli vəzifələr yerinə yetiriləcək”, – Ərdoğan bildirib.

Türkiyə lideri onu da açıqlayıb ki, “işçi qrupu”nun əsas diqqət mərkəzində olan məsələlərdən biri Qəzzanın yenidən qurulması olacaq: “Biz bu kontekstdə bütün Körfəz ölkələrinin, ABŞ-ın və Avropanın dəstəyini axtarırıq və axtarmağa davam edəcəyik. Görüşlərimiz zamanı (liderlərlə) birlikdə nə edə biləcəyimizi müzakirə etdik.” – Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

//Samir Qurbanov, Editor.az