Avropa İttifaqı (Aİ) 13-cü anti-Rusiya sanksiyalar paketi çərçivəsində Çindən üç şirkətə Avropaya ixracı qadağan edəcək.
Editor.az ildirir ki, bu barədə AFP rəsmilərə istinadən xəbər verir. Agentlik qeyd edir ki, bunlar materik Çindən “Rusiyaya məxfi hərbi texnologiyaların tədarükündə iştirak” ittihamı ilə sanksiyaya məruz qalan ilk şirkətlərdir.
Onun sözlərinə görə, sanksiyalar siyahısına Türkiyə, Şri-Lanka, Serbiya, Tailand və Qazaxıstandan olan firmalar daxil ediləcək. Hüquqi şəxslərin sayı göstərilməyib. “Financial Times” yazır ki, məhdudiyyətlər Hindistandan olan bir firmaya da təsir edəcək. Bundan əlavə, AFP-nin yazdığına görə Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam da qara siyahıya salınıb. Onun aktivləri dondurulacaq və vizaları qadağan ediləcək. Nazir KXDR-i Rusiyaya “ballistik raketlər verməkdə” ittiham etdiyi üçün sanksiyalara məruz qalıb.
Bu gün, fevralın 21-də Aİ ölkələrinin daimi nümayəndələri 13-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Onun Rusiya qoşunlarının Ukraynaya daxil olmasının ildönümündə – şənbə günü, fevralın 24-də təsdiqlənməsi planlaşdırılır. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, məhdudiyyətlərin bir hissəsi olaraq, xüsusən də Rusiyanın pilotsuz təyyarələrə girişinin məhdudlaşdırılacağını söyləyib. “Reuters”in məlumatına görə, paketə 200-ə yaxın fiziki və hüquqi şəxs daxil olacaq.
//Samir Qurbanov, Editor.az

