Türkiyə Super Liqası: “Qalatasaray” çempion oldubackend

Türkiyə Super Liqası: “Qalatasaray” çempion oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray” klubu Türkiyə Super Liqasında yenidən çempionluğunu qeyd edib.

Mövsümün son oyununda “Konyaspor” klubunu 3:1 hesabı ilə məğlub edən “Qalatasaray”, “Fənərbağça”nı 3 xal qabaqlayaraq 2023/24 mövsümünün qalibi olub.

“Fənərbağça” “İstanbulspor” görüşündə “sarı lacivərtlər” rəqibi 6:0 hesabı ilə darmadağın etsələr də, bu, çempionluq üçün kifayət etməyib.

Türkiyə Kubokunda “Trabzonspor” klubunu 3:2 hesabı ilə məğlub edərək çempion olan “Beşiktaş” isə mövsümün son oyununda “Kasımpaşa”ya 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Qalatasaray” 2022/23 mövsümündə də Türkiyə Super Liqasının qalibi olmuşdu.