Türkiyə Suriyada terrorçu qrupların fəaliyyətinə son qoyacaq – Rəcəb Tayyib Ərdoğanbackend

Türkiyə Suriyada terrorçu qrupların fəaliyyətinə son qoyacaq – Rəcəb Tayyib Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hakimiyyət Suriyada terrorçu qrupların fəaliyyətinə son qoymağı hədəfləyir.

Onların arasında o, Kürdüstan Fəhlə Partiyasının (PKK) adını çəkib. Prezidentin sözlərinə görə, ya yaraqlılar özləri silahlarını yerə qoyacaqlar, ya da “onlarla birlikdə Suriya torpağında dəfn olunacaqlar”. O, mövqeyini qruplaşmaların Suriya, İraq və Türkiyəyə təhdidləri ilə izah edib.

“Bu separatçı cinayətkarlar ya silahları ilə özləri vidalaşacaqlar, ya da onlarla birlikdə Suriya torpaqlarında dəfn olunacaqlar. Kürd qardaşlarımızla aramızda qan divarı hörməyə çalışan terror təşkilatını məhv edirik”, – deyə Rəcəb Tayyib Ərdoğan parlamentdəki çıxışında bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən həftə Ankaraya Suriyanın şimalında fəaliyyət göstərən Kürd Xalq Müdafiə Qüvvələrinə qarşı hərbi əməliyyat keçirməyə icazə verib. Türkiyə təşkilatı Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqədə olmaqda ittiham edir. Fidanın izah etdiyi kimi, Heyət Təhrir Əl-Şam timsalında Suriyanın yeni hakimiyyət orqanları “bu məsələni həll etməsə” belə tədbirlər görülməli olacaq.

//Samir Qurbanov, Editor.az