Türkiyə Suriyanın şimalında quru əməliyyatlarına başlayacağı tarixi elan etdibackend

Türkiyə Suriyanın şimalında quru əməliyyatlarına başlayacağı tarixi elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə yaxın iki həftə ərzində qoşunlarını geri çəkməyəcəyi təqdirdə, terrorçu birləşmələrə qarşı quru əməliyyatına başlayacaq.

Editor.az bildirir ki, bu barədə Ankaranın planları ilə tanış olan mənbələr bildiriblər. “Əl-Cəzirzə”nin məlumatına görə, Türkiyə Rusiya və ABŞ-dan “Suriya Demokratik Qüvvələri”ni (SDQ) iki həftə ərzində Suriyanın şimalındakı Münbic, Tel Rifat və Ayn əl-Ərəb şəhərlərini tərk etməyə razı salmağı xahiş edib. ABŞ isə öz növbəsində SDQ-nin yenidən təşkil edilməsini və bu qrupun nümayəndələrinə yuxarıda adı çəkilən şəhərlərin idarə olunmasında daha çox səlahiyyətlərin verilməsini təklif edib.

Ankara hesab edir ki, Vaşinqtonun təklifini nəzərdən keçirməzdən əvvəl SDQ-nin Suriyanın şimalındakı neft obyektlərinə nəzarətini kəsmək lazımdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriya və İraqda hava əməliyyatına başlamasını Rusiyanın terrorçu birləşmələri respublika sərhədlərindən çıxarmaqla bağlı vədini yerinə yetirməkdən “imtina etməsi” ilə izah edib. Bu arada “Demokratik Suriya Qüvvələri” Rusiyadan öz “ərazisini” qorumaq üçün Dəməşqlə fəaliyyətlərin əlaqələndirilməsinə dair razılaşmanın təşəbbüskarı kimi çıxış etməyi xahiş edib.

  //Samir Qurbanov, Editor.az