Türkiyə tarixi hadisə ərəfəsində: ilk türk astronavtı Alper Qezeravcı Beynəlxalq Kosmik Stansiyaya uçacaqbackend

Türkiyə tarixi hadisə ərəfəsində: ilk türk astronavtı Alper Qezeravcı Beynəlxalq Kosmik Stansiyaya uçacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SpaceX korporasiyası yanvarın 17-dən 18-nə keçən gecə Türkiyə vaxtı ilə saat 01:11-də baş tutması planlaşdırılan Ax-3 missiyasının buraxılışını ləğv edib.

Editor.az bildirir ki, bu barədə şirkətin X sosial şəbəkəsində verdiyi açıqlamada deyilir. Türkiyənin “Anadolu” xəbər agentliyinin verdiyi məlumata görə, ilk türk astronavtı Alper Qezeravcının missiya çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya (BKS) getməsi planlaşdırılırdı.

“Biz indi cümə axşamı, yanvarın 18-i Ax-3 missiyasının orbitə buraxılmasını hədəfləyirik”, – SpaceX şirkətindən bildirilib. Korporasiya buraxılışın ləğv edilməsinin səbəblərini göstərmir, yalnız əlavə vaxtın mütəxəssislərə uçuşdan əvvəl son yoxlamaları tamamlamağa və kosmik gəmi haqqında məlumatları təhlil etməyə imkan verəcəyini bildirir.

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacirin sözlərinə görə, yeni planlaşdırılan buraxılış vaxtı yanvarın 19-u gecə Türkiyə vaxtı ilə saat 00:49-dur – bu müddət ərzində texniki yoxlamaların başa çatdırılması planlaşdırılır. “Biz astronavtımız Alper Gezeravcinin bu tarixi missiyanı uğurla başa vurmasını səbirsizliklə gözləyirik”, – Mehmet Fatih Kacir deyib.

//Samir Qurbanov, Editor.az