Türkiyə tezliklə Suriyaya təbii qaz nəql etməyi planlaşdırır – SOCAR tərəfdaş ola bilərbackend

Türkiyə tezliklə Suriyaya təbii qaz nəql etməyi planlaşdırır – SOCAR tərəfdaş ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə qaz şəbəkəsini Suriya ilə birləşdirib və tezliklə Suriyaya təbii qaz nəqlinə başlamağı planlaşdırır.

Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar OPEC-in IX Beynəlxalq Seminarında bildirib.

Bayraktar qeyd edib ki, Azərbaycanın dövlət neft şirkəti (SOCAR) bu layihədə Türkiyənin tərəfdaşı ola bilər.

“Ümid edirəm ki, bunun sayəsində biz Suriyada elektrik enerjisi istehsalı üçün təbii qaz təmin edə və Suriyada həyatı normallaşdıra biləcəyik”, – o əlavə edib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Suriyaya təbii qaz tədarük etməyə hazır olduğunu bildirib.