Türkiyə hökuməti Ukrayna mövzusunda Rusiya, ABŞ və Ukrayna liderlərinin sammitini təşəbbüs edib, lakin konkret qərarlar hələ qəbul olunmayıb.
Editor.az xəbər verir ki, bu barədə RIA Novosti Ankaradakı mənbəyə istinadla məlumat verib.
Mənbənin sözlərinə görə, Türkiyə təcrübəsi nəzərə alınaraq görüş üçün münasib platforma ola bilər. «Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək səviyyədə Rusiya, ABŞ və Ukrayna liderlərinin sammitini təşəbbüs edib», — deyə qeyd olunub.
Mənbə əlavə edib ki, təklifə rəsmi cavab hələ verilməyib.
//Samir Qurbanov, Editor.az

