“Ankara Rusiya ilə Ukrayna arasında yaranmış gərgin vəziyyəti diqqətlə izləyir və regionda sabitliyin qorunmasının tərəfdarıdır”.
Editor.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Nazir regionda sülhün tərəfdarı olduqlarını vurğulayıb: “Bizim regionlarla bağlı ayrıca siyasətimiz yoxdur, biz sülh tərəfdarıyıq, biz gərginliyi (Rusiya ilə Ukrayna arasında – red.) diqqətlə izləyirik. Regionda vəziyyətin sabit qalmasını istəyirik. Biz Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq”.

