Türkiyə vasitəçi qismində: “Bəzi proseslər Ukrayna böhranına müəyyən təsirlərini göstərə bilər”backend

Türkiyə vasitəçi qismində: “Bəzi proseslər Ukrayna böhranına müəyyən təsirlərini göstərə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə vaxtilə Ukrayna münaqişəsinin həllində vasitəçi qismində çox mühüm addımlar atıb və taxıl məsələsində də onun rolu kifayət qədər yüksəkdir. Taxılın Ukraynadan çıxarılması ilə bağlı məhz Ankaranın vasitəçiliyi ön plandadır və hər iki tərəf bunu yaxşı başa düşür”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsində vəziyyət xeyli dəyişib, münaqişə daha gərgin fazaya keçib:

“Bir çox ölkələr iki ölkə arasında vasitəçi qismində müəyyən variantlar  təklif edir, ancaq görünən odur ki, münaqişə bir pakt vəziyyətinə düşüb. Çünki Rusiya artıq irəliləyə bilmir, Kiyevi, Xarkovu işğal edə bilmir. Ukrayna isə haqlı olaraq hesab edir ki, öz ərazisini müdafiə edir və işğalçılara qarşı mübarizə aparır.

Bu münaqişənin sona yetməsinə səbəblər geosiyasi proseslərdə müəyyən dəyişikliklərlə bağlı olacaq. Görünən odur ki, ABŞ-da çox güman ki, yeni prezident hakimiyyətə gələcək və münaqişənin həlli ilə bağlı müəyyən vədlər verəcək. Dünya ölkələri arasında gedən bəzi proseslər Ukrayna böhranına da müəyyən təsirlərini göstərə bilər. Türkiyə əsas vasitəçi kimi bundan sonra da çıxış edəcək və vəziyyətlə bağlı olaraq öz təkliflərini irəli sürəcək. Bu təkliflər isə hər iki münaqişə tərəfini qane etməlidir. Çünki əsas məsələ elə budur”.

//Gülnarə Abasova, Editor.az