Türkiyə və ABŞ xarici işlər nazirləri Rusiya-Ukrayna münaqişəni nüzakirə edirbackend

Türkiyə və ABŞ xarici işlər nazirləri Rusiya-Ukrayna münaqişəni nüzakirə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Marko Rubio Rusiya və Ukrayna arasında münaqişənin gedişi ilə bağlı fikir mübadiləsi aparıblar

Editor.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat yayıb: “Xarici işlər naziri Hakan Fidan bu gün ABŞ-ın dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb” deyən agentliyin mənbəsi söhbət zamanı Qəzza zolağındakı vəziyyətin müzakirə edildiyini qeyd edib.

Mənbə onu da bildirib ki, nazirlər “Suriyada baş verənlər, İranın nüvə proqramı üzrə danışıqlarla bağlı məsələlər, Rusiya ilə Ukrayna arasında münaqişənin gedişi haqqında” fikir mübadiləsi aparıblar.
Oktyabrın 14-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna nizamlanması ilə bağlı Rusiya ilə Türkiyə arasında yeni təmaslar olmayıb. O, həmçinin qeyd edib ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı üçün çox tez razılaşa bilərlər.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında münaqişənin sona çatmasında əsas rol oynaya biləcəyinə əmin olduğunu bildirib. O, Türkiyə liderini dost adlandırıb və “Rusiyada ona hörmətlə yanaşıldığını” vurğulayıb. Bununla belə, Tramp qeyd edib ki, Ukraynanın münasibəti barədə dəqiq danışa bilməz.

Xatırladaq ki, Türkiyə dəfələrlə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşlərə ev sahibliyi edib. Bu il İstanbulda danışıqların üç raundu keçirilib. Nümayəndə heyətləri sonuncu dəfə iyulun 23-də görüşüblər. Tərəflər hərbi əsirlərin mübadiləsi barədə razılığa gəliblər və nizamlanmaya dair memorandum layihələrini təqdim ediblər. Daha sonra Kreml bəyan edib ki, Ukrayna rəhbərliyi təklif olunan sənədlərə heç bir cavab vermir. Dmitri Peskov Rusiya ilə ABŞ arasında Ukrayna prosesində fasilədən də danışıb.

//Samir Qurbanov, Editor.az