“Türkiyə və Azərbaycan bir daha dünyaya öz birliyini nümayiş etdirdi”-ŞƏRHbackend

“Türkiyə və Azərbaycan bir daha dünyaya öz birliyini nümayiş etdirdi”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda Bakıda və İranla sərhəd ərazilərdə Türkiyə və Azərbaycanın birgə təlimləri davam edir”.

Bu fikirləri Editor.az- a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib.

Onun sözlərinə görə, həmin təlim çərçivəsində Türkiyənin müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib müdafiə naziri Zakir Həsənovla görüşüb: “Təlimlər çox əhəmiyyətlidir.Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında təcrübə mübadiləsinə imkan yaradır. Azərbaycan Silahlı Qüvvələri tədricən NATO formatına uyğunlaşır. Digər tərəfdən də Azərbaycan və Türkiyə öz qardaşlıq əlaqələrini bütün dünyaya bəyan etmiş olurlar.Təlimlərin İranla sərhəddə keçirilməsi təsadüfi deyil. Hərbi-siyasi əhəmiyyəti var və müəyyən mesaj verir. Bu mesajlardan da dərs çıxarılmalıdır. Müdafiə nazirlərinin görüşündə iki tərəfli hərbi əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz məsələsi, Suriya və İraqdakı proseslər müzakirə oluna bilər. Onu da qeyd edim ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təlim iştirakçılarına telefon vasitəsilə müraciət edib çox əhəmiyyətli mesajlar verdilər”.

//Safura Bənnayeva, Editor.az