“Türkiyə və Azərbaycan hər zaman bir-birinin haqlarını öz daxili məsələsi kimi müdafiə edir”- Millət vəkilibackend

“Türkiyə və Azərbaycan hər zaman bir-birinin haqlarını öz daxili məsələsi kimi müdafiə edir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan -Türkiyə münasibətləri dünyada analoqu olmayan qardaşlıq və dostluğa söykənir. Son imzalanan “Şuşa bəyannamə”si bunun bariz nümunəsidir. Bu müqavilə əsasında Azərbaycan-Türkiyənin bütün sahələr üzrə əməkdaşlığa ən yüksək səviyyəyə çatdı”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, bildirib ki, iki qardaş ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan beynəlxalq platformalarda çıxışları zamanı hər iki ölkə üçün vacib məsələləri hər zaman gündəmə gətirir:

“BMT-nin iclasında Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı Azərbaycan barəsində söylədiyi fikirlər hər bir azərbaycanlını qürurlandırır. Türkiyə Prezidenti çıxışında bildirdi ki, Azərbaycan qanuni hüququndan istifadə edərək BMT TŞ-nın qətnamələrini icra edərək torpaqlarını işğaldan azad etdi. Bu, bütün dünyaya verilən mesajdır. Cənab İlham Əliyev də Türkiyənin iştirak etmədiyi beynəlxalq tədbirlərin birində Türkiyə haqqında söylənilənlərə “Türkiyə yoxdur, mən burdayam”-deməklə, Türkiyənin haqlarını Azərbaycanın daxili işi kimi müdafiə etmişdi və etməkdə davam edir. Eynisini Türkiyə Prezidenti də edir. Bu hər zaman belə olacaq. İki ölkənin dostluq-qardaşlıq münasibətlərinin ən ali zirvədə olduğuna bütün dünya şahiddir. Türkiyə-Azərbaycan əlaqələri bütün sahələr üzrə inkişaf etməkdə davam edir. Bu müttəfiqlik Cənubi Qafqazda sülhün davamlılığını təmin edir”.

//Gülnarə Abasova, Editor.az