Türkiyə və Azərbaycan “Qardaşlıq Briqadası”na başladılarbackend

Türkiyə və Azərbaycan “Qardaşlıq Briqadası”na başladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əlaqəni, habelə təlimlərin planlaşdırılmasını, idarə edilməsini və uyğun formada həyata keçirilmə prinsiplərini təmin etmək üçün “Qardaşlıq Briqadası” layihəsinə start verilib.

Editor.azTrend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Pınar Kara bildirib.

Nazirlik nümayəndəsi qeyd edib ki, hazırda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müvafiq nümayəndə heyətlərinin birgə hazırlıq və təlimləri davam edir:

“”İki dövlət, bir millət” prinsipinə əsaslanaraq, bütün imkanlarımızla kədərdə və sevincdə birlikdə olduğumuz azərbaycanlı qardaşlarımızın yanında dayanmağa davam edəcəyik”.