Türkiyə və Ermənistan arasında gizli danışıqlar gedir: Əgər sərhədlər açılacaqsa…backend

Türkiyə və Ermənistan arasında gizli danışıqlar gedir: Əgər sərhədlər açılacaqsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ermənistanı silahlandırması, ordusunu rekonstruksiya etməsi əsasən, Ermənistanı Azərbaycanla növbəti mərhələdə müharibəyə hazırlamaqdır. İndiki məqamda məqsəd N.Paşinyanı təsir altında saxlamaq və Ermənistanda növbəti dəfə Rusiya meyilli qüvvələr hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla müharibəyə təşviq etməkdir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, ötən həftə Rusiya müdafiə nazirliyinin beş yüksək rütbəli zabiti Ermənistanda ordu quruculuğu istiqamətində təlimatlar və proqram hazırlamaq üçün səfərdə olub:

“Həmçinin Ermənistan müdafiə naziri Rusiyaya bir neçə dəfə səfər edərək bu ölkədən silah idxalını həyata keçirir. Rusiya hazırkı mərhələdə Ermənistanı silahlandırmaqla Azərbaycanla mümkün sülh müqaviləsindən yayındırmağa çalışır. 10 noyabr Birgə Bəyannaməsinə zidd olaraq Ermənistan silahlı qüvvələrini Qarabağa yerləşdirir, həmçinin qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxartmır. Əsas məqsəd gələcək perspektivdə müharibəni alovlandırmaqdır. Təbii ki, Rusiyanın buna nail olmağı mümkün deyil. Çünki, Ermənistanda N. Paşinyan hakimiyyətini gücləndirir Rusiyanın təzyiqlərinə baxmayaraq Türkiyə və Azərbaycanla əlaqələrin qurulmasında maraqlı görünür”.

Politoloqun sözlərinə görə N. Paşinyan yaxşı bilir ki, Rusiya Ermənistan ordusunu qurursa, ona qarşı növbəti dəfə hərbi çevriliş ola bilər:

“Nəticədə hakimiyyətdən devrilə bilər. Rusiyanın Ermənistanı silahlandırması əsasən, N.Paşinyanı hakimiyyətdən devirmək, Azərbaycan və Türkiyə ilə sülh müqaviləsinin bağlanmasının qarşını almaq və yeni müharibəyə nail olmaqdır. Azərbaycan və Türkiyə tandemi Rusiyanın bu siyasətinin qarşısını alır. Qeyd edim ki, Ermənistan və Türkiyə diplomatları R. T. Ərdoğan və N. Paşinyanın təlimatı ilə Avropada görüşərək münasibətlərin normallaşdırılmasını müzakirə ediblər. Türkiyə Ermənistan əlaqələrini bərpa edən Sürix protokolunu da müzakirə ediblər. Azərbaycan da belə bir görüşə razılıq verib. Ötən ay bir neçə erməni diplomatları Ankaraya səfər edərək Türkiyə XİN-lə müzakirələr aparıb”.

Siyasi analitik qeyd edib ki, Ermənistan Türkiyə əlaqələri bərpa ediləcəksə, sərhədlər açılacaqsa, , Rusiyanın bu ölkədə mövqeyi zəifləyəcək. Rusiya tərəfi Azərbaycan və Türkiyəni Ermənistanla hazırkı gizli diplomatiyasından ciddi narahat olaraq situasiyanı mürəkkəbləşdirməyə çalışır”.

//Gülnarə Abasova, Editor.az