Türkiyə və Ermənistan bu şərtlə quru sərhədləri açırbackend

Türkiyə və Ermənistan bu şərtlə quru sərhədləri açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Ermənistan arasında Normallaşma Prosesi üzrə xüsusi nümayəndələrin – səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş bu gün Vyanada keçirilib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar veriblər.

Onlar, həmçinin Türkiyə ilə Ermənistan arasında birbaşa hava yük ticarətinin mümkün qədər tez başlaması barədə razılığa gəliblər və bu məqsədlə lazımi prosesin başlanmasına qərar veriblər.

Tərəflər, həmçinin son məqsəd olan iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları da müzakirə edib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha vurğulayıblar.