Türkiyə və Ermənistan münasibətləri gərgin mərhələdə- ŞƏRHbackend

Türkiyə və Ermənistan münasibətləri gərgin mərhələdə- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məlum olduğu kimi həm Azərbaycan- Ermənistan, həm də Ermənistan və Türkiyə arasında sülhün bərqərar olmasını istəməyən qüvvələr var”.

Bu fikirləri Editor.az-a AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli İrəvanda uydurma soyqırımın 108-ci ildönümü ərəfəsində “Nemezis” terror qruplaşmasının üzvlərinə abidə qoyulmasının ardından Türkiyənin Ermənistan üçün hava məkanını bağlamasını şərh edərkən bildirib.

O bildirib ki, sözügedən həmin ölkələrdən biri də Rusiya və onun Ermənistanda fəaliyyətdə olan 5-ci kalonudur:

“Bu cür təxribat xarakterli hərəkətlərin arxasında da çox zaman onların olduğu məlumdur. Ancaq hər bir halda , istənilən təxribatın cavabdehi həmin ölkənin hakimiyyəti sayılır. Bu hadisədən dərhal sonra Nikol Paşinyan dedi ki  “Nemezis” abidəsi barədə qərar yanlış idi. Paşinyan abidənin ucaldılması qərarını hökumətin vermədiyini bildirib. Bu qərarın verilməsi Paşinyan höküməti ilə əlaqəli olub- olmamasından asılı olmayaraq yekunda görünən İrəvanın Ankara qarşısında “geri çəkilməsi” oldu”.

K.Məmmədli Paşinyanın dediklərini inkar etməsini Ermənistanın geri addımı kimi dəyərləndirir:

“Türkiyənin cavabı da gecikmədi. Həm “Nemezis” abidəsinə görə, həm də son zamanlar Azərbaycana qarşı təxribatlara qarşı Türkiyə Ermənistana növbəti mesajını verdi . Rəsmi İrəvana  “Bakı ilə razılaşmayacaqları təqdirdə, Ankara ilə də əlaqə mümkün deyil” mesajı verildi. Beləliklə, Ermənistanın Azərbaycanın şərtlərini qəbul edərək sülh sazişinə imza atmaqdan başqa çarəsi qalmayıb. Ümid etdikləri Rusiya isə əvvəlki Rusiya deyil. Dünyadan təcrid olunmuş, təklənmiş bir Rusiyanın Ermənistana görə Azərbaycan və Türkiyə ilə yeni cəbhə açacağını düşünmürəm”.

//Safura Bənnayeva, Editor.az