Türkiyə və Ermənistan normallaşmanı müzakirə edəcəklərbackend

Türkiyə və Ermənistan normallaşmanı müzakirə edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankaranın İrəvanla münasibətlərinin normallaşdırılması ilə bağlı növbəti görüşün keçirilməsi barədə qərar qəbul edilib.

Bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bəyan edib.

“Görüş olacaq, biz qərar vermişik. Tarixi və yeri barədə razılığa gəlinəcək”, – deyə  Kılıç bildirib.

O, həmçinin iki ölkə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı məsələyə münasibət bildirərək, bu istiqamətdə hələlik irəliləyiş olmadığını vurğulayıb.