“Türkiyə və Gürcüstan təhlükədədir” – Zelenskidən şok iddiabackend

“Türkiyə və Gürcüstan təhlükədədir” – Zelenskidən şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski son açıqlamasında diqqəti Zaporoje atom elektrik stansiyasına yönəldib.

Ukrayna lideri AES-in ətrafının Rusiya ordusu tərəfindən davamlı olaraq bombalandığını iddia edib.

“Rusiya Zaporoje AES-də və ətrafında təxribatçı fəaliyyətlərini davam etdirir. İşğalçılar elektrik stansiyasını qorumaq bəhanəsi ilə yaxınlıqdakı şəhərləri və yaşayış yerlərini bombalayırlar. Rusiya sursat və avadanlıqlarını faktiki olaraq, stansiyanın anbarlarında saxlayır. Bütün bunlar onu göstərir ki, Rusiya Avropa dövlətlərinin və digər 15 ölkənin təhlükəsizlik tələblərini rədd edib”, – Zelenski söyləyib.

O bildirib ki, bu tələblə çıxış edən ölkələr arasında ABŞ, Kanada, Avstraliya, Gürcüstan, Türkiyə, İngiltərə və Cənubi Koreya var.

Zelenski Zaporoje AES-dən mümkün radiasiya sızmasının region ölkələri üçün təhlükə yaradacağını deyib:

“Əgər bu terror dövləti beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymursa, təcili tədbir görülməlidir. Zaporoje AES-də baş verəcək radiasiya sızması Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, Gürcüstana və ucqar bölgələrdəki digər ölkələrə zərbə vuracaq. Hər şey küləyin istiqamətindən və gücündən asılıdır. Rusiyanın addımları fəlakətə gətirib çıxarsa, bunun nəticəsi səssiz qalanları vura bilər. Əgər dünya indi atom elektrik stansiyasını müdafiə etmək üçün güc və əzm nümayiş etdirməsə, bu, dünyanın məğlub olacağı anlamına gələcək”.

Zelenski Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, BMT və 7 böyük dövlətin xarici işlər nazirlərinin Rusiyanı bu təhlükəli fəaliyyətini dayandırmağa çağırdıqlarını xatırladıb.

Teleqraf.com