Türkiyə və İraq prezidentləri “İnkişaf Yolu”na dair müqavilə imzalayıblarbackend

Türkiyə və İraq prezidentləri “İnkişaf Yolu”na dair müqavilə imzalayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə İraq “İnkişaf Yolu” nəqliyyat-logistika layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə imzalayıb.

Razılaşma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bağdada səfəri çərçivəsində reallaşıb.

“İnkişaf Yolu” layihəsi İraqın neftlə zəngin cənub bölgələrini Türkiyənin Aralıq dənizi sahilləri ilə birləşdirəcək nəqliyyat və logistika sisteminin, o cümlədən dəmir və avtomobil yollarının yaradılmasını nəzərdə tutur.

Layihənin dəyəri təxminən 17 milyard dollar qiymətləndirilir.

Sənədlərin imzalanması mərasimindən sonra Türkiyə lideri İraqın Baş naziri Məhəmməd əs-Sudani ilə birgə mətbuat konfransında maraqlı açıqlamalar verib:

“İnanıram ki, mənim İraqa səfərim və yeni imzalanmış müqavilələr Türkiyə-İraq münasibətlərində yeni bir dönüş nöqtəsi təşkil edəcək. Baş nazir Sudani ilə imzaladığımız birgə əməkdaşlıq üçün strateji çərçivə sazişi möhkəm yol xəritəsini təşkil edir. Terrorla mübarizədə təhlükəsizlik və əməkdaşlıq gündəliyimizin ən mühüm bəndlərindən birini təşkil edir. PKK-nın İraqda qadağan olunmuş təşkilat elan edilməsini alqışlayırıq. İraq ərazisindən Türkiyəni hədəf alan terror təşkilatı PKK və onun uzantılarına qarşı atacağımız birgə addımları müzakirə etdik”, – deyə dövlət başçısı bildirib.

Oxu.az