Türkiyə və Polşanın müdafiə nazirləri görüşübbackend

Türkiyə və Polşanın müdafiə nazirləri görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla polşalı həmkarı Mariuş Blaşak arasında görüş olub.

Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Görüşdə Türkiyə istehsalı olan PUA-ların Polşaya ixrac edilməsi də müzakirə olunub. “Bu PUA-lar çox yaxşıdır”, – deyən polşalı naziri bildirib ki, ölkəsinin müdafiə sisteminin gücləndirilməsində bunun çox böyük rolu olacaq.

H.Akar iki ölkə arasındakı dostluq və müttəfiqlik əlaqələrindən danışaraq deyib: “Həm iki ölkə, həm də NATO əlaqələri baxımından son dərəcə faydalı əməkdaşlığımız var”.

Qeyd edək ki, mayın 24-də Polşa prezidenti Anjey Duda Ankarada səfərdə olub, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşüb.

Səfər çərçivəsində imzalanan sazişə əsasən, Türkiyə Polşaya 24 PUA ixrac edəcək. Bu barədə tərəflər arasında müqavilə imzalanıb.

 

Editor.az

Loading...