Türkiyə və Qazaxıstan arasında strateji tərəfdaşlıq sazişi İMZALANDIbackend

Türkiyə və Qazaxıstan arasında strateji tərəfdaşlıq sazişi İMZALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada 1 milyard dollarlıq sazişlər paketi imzalanıb.

Bu barədə Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.

O, Türkiyəni çox mühüm strateji tərəfdaş adlandırıb və Prezident Ərdoğanı Qazaxıstana səfərə dəvət edib.

Qeyd edək ki, ötən gün Qazaxıstan və Türkiyə nümayəndə heyətləri arasında aparılan danışıqlar nəticəsində 15 saziş, o cümlədən strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb.