Türkiyə və Rusiya liderləri arasında telefon danışığı olacaqbackend

Türkiyə və Rusiya liderləri arasında telefon danışığı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.

Editor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı planlaşdırılır”, – Peskov deyib. Eyni zamanda, o, qeyd edib ki, Putinin Türkiyəyə səfərinin tarixi hələ açıqlanmayıb.

Bundan əvvəl Türkiyədəki diplomatik mənbə bildirib ki, danışıqların əsas mövzularından biri “taxıl sazişi” ətrafında yaranmış vəziyyət olacaq.

//Samir Qurbanov,Editor.az