Türkiyə və Rusiya liderləri görüşəcəkbackend

Türkiyə və Rusiya liderləri görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın vaxtlarda Türkiyə və Rusiya dövlət başçılarının yüksək səviyyəli görüşü baş tuta bilər.

Editor.az bildirir ki, bu barədə “RİA Novosti” mənbələrə istinadən xəbər verir. Tərəflər taxıl sazişinin həyata keçirilməsini müzakirə etməyi planlaşdırır. Qeyd olunur ki, bu gün iki dövlətin prezidentləri qarşılıqlı etimada əsaslanan münasibətlər qurublar. Həmsöhbət Putin və Ərdoğan arasında görüşün tarixini və yerini açıqlamadan əlavə edib: “Ola bilsin ki, liderlər yaxın gələcəkdə danışıqlarda bu mövzuya toxunsunlar, çünki prosesdə yeni komponentlər var, lakin onun bu barədə dəqiq məlumatı yoxdur.

Mənbənin sözlərinə görə, bu gün taxıl anlaşması Ankara və BMT-nin ilk gündən məşğul olduğu problem məsələdir. O, vurğulayıb ki, Türkiyə taxıl sazişinin işləməsi üçün bütün səylərini birləşdirib və hazırda da davam edir.

 //Samir Qurbanov, Editor.az